"Neftçi"yə iki aylıq gələn Keysuke Honda böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək.
Yaponiyalıya yeni müqavilə təklif olunmayacaq. Səbəb isə Hondanın aylıq maaşının xeyli yüksək olmasıdır. Qeyd edək ki, Honda bir müddət əvvəl “flaqman”la iki aylıq müqavilə imzalamışdı.